Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfeksiyaya qarşı rəng dəyişdirən ağıllı sarğı

İnfeksiyaya qarşı rəng dəyişdirən ağıllı sarğı

Tarix: 4 Fevral 2020 22:40

Alimlər, infeksiyanın vəziyyətinə görə rəng dəyişdirən ağıllı sarğı ixtira etdi. Sarğı yalnız bakteriyanın müqavimətini təyin etməklə kifayətlənmir, eyni zamanda infeksiyaya qarşı müalicə də tətbiq edə bilir.

Deyerler.org Bakteriyalar, antibiotiklərə qarşı təkmilləşən bir müqavimətə malikdir və müəyyən bir infeksiyanın bir dərmana müqavimətli olub olmadığını anlamaq zaman alır. Çin Elmlər Akademiyasından araşdırmaçılar, dərmana müqavimətli (DR) və ya dərmana həssas (DS) bakteriyaları rəng dəyişdirərək göstərən ağıllı bir sarğı ixtira edib. Sarğı infeksiyanın vəziyyətini təsbit etdikdən sonra, bakteriyaları öldürmək üçün antibiotik ifraz edə bilir.

Sarğı yaraya tətbiq olunduqda infeksiya yoxdursa, yaşıl rəngə çevrilir. Antibiotiklərə həssas bakteriyalar təsbit etsə, rəngi təxminən dörd saatlıq bir müddət boyunca sarıya dönür. Ancaq dərmana müqavimətli bakteriyalar təsbit etsə qırmızı olur. Bu rəng dəyişdirmə xüsusiyyəti sarğının içinə yerləşdirilən kimyəvi maddələr sayəsində mümkün olur.

Sarğı dərmana həssas və ya müqavimətli E.Koli infeksiyaları olan siçanların üzərində təcrübədən keçirildi və ümid edildiyi kimi rəng dəyişdirdiyi, bakteriyaları öldürmədə təsirli olduğu görüldü.


Etiketlər:  İnfeksiyaya qarşı rəng dəyişdirən ağıllı sarğı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ