Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' ilə oyunda təcrübə çatmadı'' - ''Arsenal''ın futbolçusu

''Neftçi'' ilə oyunda təcrübə çatmadı'' - ''Arsenal''ın futbolçusu

Tarix: 5 Fevral 2020 14:34

Tula "Arsenal"ın futbolçusu Qoran Çauşiç Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" ilə keçirdikləri oyunları xatırladıb.

Qol.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Sport-Ekspress" nəşrinə müsahibəsi zamanı Bakı klubu ilə matçlarla bağlı deyib: "Mənə elə gəlir, biz kifayət qədər hazır deyildik. Belə turnirlərdə komandaya özünə güvənən və Avropada bu cür matçlarda oynamış futbolçular lazımdır. Ancaq bizdə bu təcrübə çatmadı.

Çempionata həqiqətən də yaxşı başlamışdıq Əmin idim ki, biz "Neftçi"dən də güclü olan komandanı məğlub edə bilərik. Ancaq iki çox zəif oyun oynadıq. Əvvəl adətən qələbə qazandığımız evdə. sonra isə səfərdə pis oynadıq. Bizə yalnız onu demək qalır ki, bu, futboldur. Hətta top-klublar da kiçik komandalara uduzurlar. Buna görə də irəli getmək lazımdır".

Qeyd edək ki,"Neftçi" səfərdə "Arsenal"a 1:0, evdə isə 3:0 hesabı ilə qalib gəlmişdi

 


Etiketlər:  Neftçi ilə oyunda təcrübə çatmadı Arsenalın futbolçusu


RƏYLƏR