Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 16:15
Bakı. Trend:
Türkiyənin divası Bülent Ersoy Bakıya gəlir.
Belə ki, Türkiyənin divası Azərbaycanın paytaxtında ilk dəfə möhtəşəm konsert ilə çıxış edəcək.
Trend-in məlumatına əsasən, Ersoyun 100-cü konserti 24 oktyabr tarixində gerçəkləşəcək.
Sənətçi konsertin anonsunu verib: “Hörmətli Azərbaycan xalqı, sizi çox sevirəm və hörmət edirəm. Qardaş vətənimə gələcəyəm. Əgər məni görməyi arzu edirsinizsə, o zaman konsertimə gəlin. Musiqisevər Azərbaycan xalqı, 24 oktyabrda görüşmək ümidi ilə...”
Qeyd edək ki, konsertin təşkilatçısı “Boomerang label” şirkətidir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin