Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 16:42
İtaliyanın "Breşiya" klubu baş məşqçisi Eudjenio Korini ilə yollarını ayırıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Korini bu mövsüm ikinci dəfə "Breşiya"dan göndərilib. İtaliyalı məşqçi ilk olaraq 2019-cu ilin noyabrında komandadan uzaqlaşdırılmışdı. O, ötən ilin dekabr ayında yenidən baş məşqçi təyin edilmişdi.
Qeyd edək ki, "Breşiya" İtaliya A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu pillədə qərarlaşıb.