Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 21:12
Əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı açıqlanıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.
Məlumata görə, bu ilin yanvar ayında Android əməliyyat sisteminin ölkə üzrə bazar payı 48.36%, Windows-un 37.77%, iOS 7.15%, OS X 3.98%, Unknown-un 1.06%, Linux-un 0.93%-dir.
Faiz göstəricilərindən belə məlum olur ki, Android ölkə üzrə ən çox istifadə olunan əməliyyat sistemidir. Yanvar ayının göstəricilərinə görə, sözügedən əməliyyat sisteminin bazar payı 3,52% artıb.
Görünür, Microsoft şirkətinin Windows 7 əməliyyat sisteminə rəsmi dəstəyini kəsməsi sözügedən əməliyyat sisteminin ölkə üzrə bazar payına təsirsiz ötüşməyib. 2019-cu ilin dekabr ayında Windows əməliyyat sisteminin bazar payı 41.29 olubsa, yanvar ayında bu rəqəm 7.07% azalaraq, 37.77%-ə düşüb.