Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur texnologiya şirkətinə yeni rəhbər təyin edildi

Məşhur texnologiya şirkətinə yeni rəhbər təyin edildi

Tarix: 5 Fevral 2020 23:56

ABŞ-ın məşhur texnologiya şikəti olan İBM-nin  baş direktoru vəzifəsinə yeni təyinat olub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, əvvəlki direktor Cinni Romettinin yerinə  bulud və əqli proqram təminatı üzrə böyük vitse-prezident Arvind Krişna gələcək.

Qeyd edilib ki, o, vəzifəsinin icrasına aprelin 6-da başlayacaq. Bununla yanaşı, şirkətin  Direktorlar Şurasının sədri də dəyişir. Yeni sədrin 34 milyard dollara satın alınan bulud proqramının müəllifi, "Red Hat" şirkətinin rəhbəri Ceyms Uaytherstin olacağı bildirilib.

Xatırladaq ki, keçmiş direktor Cinni Rometti 2012-ci ildən bu vəzifəyə gətirilmişdi. İlin sonuna qədər Cinni Rometti İdarə Heyətinin sədri kimi fəaliyyətinə davam edəcək.


Etiketlər:  Məşhur texnologiya şirkətinə yeni rəhbər təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ