Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər Parkinson xəstəliyinin müalicəsinin uğurla davam etdiyini bildiriblər

Alimlər Parkinson xəstəliyinin müalicəsinin uğurla davam etdiyini bildiriblər

Tarix: 6 Fevral 2020 07:09

Yaponiyanın Kioto Universitetinin bir qrup alimi parkinson xəstəliyinin iPS hüceyrələri vasitəsilə müalicəsinin uğurla davam etdiyini bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həmin kliniki sınaqlar zamanı istənilən toxumanın hüceyrələrində inkişaf etmək qabiliyyətinə malik olan modifikasiyalı iPS hüceyrələrindən istifadə edilib.

Qeyd edək ki, statistik məlumatlara görə Yaponiyada 150 min adam ətrafların əsməsinə səbəb olan və hərəkətin sürətinə təsir edən Parkinson xəstəliyindən əziyyət çəkir.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında bir qrup alim iPS hüceyrələrini orqanizmin funksiyalarını bərpa etmək məqsədilə bir pasiyentin beyin hüceyrələrinin üzərinə yerləşdirib.

Belə bir prosedur ötən il daha iki pasiyentə tətbiq olunub.

Alimlərin bildirdiyinə görə, iPS hüceyrələrin neyronlara çevrilməsindən sonra həmin xəstələrin heç birində problem müşahidə edilməyib.


Etiketlər:  Alimlər Parkinson xəstəliyinin müalicəsinin uğurla davam etdiyini bildiriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ