Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 13:09
Türkiyə hər zaman Azərbaycanın haqqını qoruyur. Bu, bizim qardaşlıq borcumuzdur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin Bakıda keçirilən növbədənkənar iclasında deyib.
Nazir əlavə edib ki, qardaş Azərbaycanın haqqını hər zaman müdafiə edəcək, Azərbaycan Prezidentindən medal almaq onun üçün şərəfdir:
"Azərbaycan Türkiyənin olmadığı yerdə onun maraqlarını qoruyub, Türkiyə də Azərbaycanın. Biz hər zaman bir-birimizin hüquqlarını qoruyacağıq".
O ötən gün baş verən təyyarə qəzasından danışarkən qeyd edib ki, Azərbaycan vətəndaşı ilə Türkiyə vətəndaşının heç bir fərqi yoxdur:
"Yaralılar xəstəxanalara yerləşdirilib, lazımi müalicələr aparılacaq. Yaralılar arasında bir Azərbaycan vətəndaşı da var".
Xatırladaq ki, İstanbulda "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb. Hadisə nəticəsində 3 nəfər həlak olub. 179 nəfər xəstəxanalara müraciət edib. Yaralılar arasında bir azərbaycanlı da var.