Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 23:00
Avropanın "Kopernik" xidmətinin məlumatına görə, bu ilin yanvar ayı meteomüşahidələrin aparıldığı bütün dövr ərzində Avropada ən isti yanvar ayı olub. Statistikanın aparıldığı vaxtdan ən isti yanvar 2016-cı ildə qeydə alınıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu ilin birinci ayında planetimizdə orta temperatur 2016-cı ilin yanvar ayı ilə müqayisədə 0,03 dərəcə, 1981-ci ildən 2010-cu ilə qədər dövr ərzində qeydə alınmış orta göstəricidən 3,1 dərəcə yüksək olub.
Avstriya, Almaniya və İsveçrənin bəzi regionlarına yağan güclü yağışlardan sonra daşqınlar başlayıb. Avstriyanın Kössen şəhərində yağışlar bir gündən çox davam edib. Sonra kəskin şaxta düşüb. Yağış suları torpağa hopmağa macal tapmadığına görə yolları və evləri su basıb.
Rumıniyada kənd təsərrüfatı yerləri və evlər daşqın təhlükəsi ilə üzləşib. Ötən həftə temperaturun yüksəlməsi səbəbindən mərkəzi dağlıq bölgələrdə buzlaqlar əriyərək çayların məcrasını basıb.
Bolqarıstanda tamamilə başqa mənzərə - quraqlıq və qarsız qış müşahidə olunur. Ekspertlərin fikrincə, belə vəziyyət sonralar ölkə ərazisində ciddi quraqlığa gətirib çıxaracaq. İçməli su ehtiyatı isə onsuz da minimum miqdardadır.
İsti qış Azərbaycan ərazisində də müşahidə olunur. Yanvar ayında Bakıda temperatur iqlim normasından 6 dərəcə yüksək olub. Qış fəsli artıq başa çatmaq üzrədir,