Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 11:54
Məşhur aktrisa İrem Helvacıoğlu ideal bədən quruluşunu qorumaq üçün, sadəcə, dəniz məhsulları ilə qidalandığını deyib.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, "Sen Anlat Karadeniz" serialı ilə məşhurlaşan 30 yaşlı aktrisa yeniyetməlik dövründə çox kök olduğunu və "pesketaryen" pəhrizi ilə 6 ayda 20 kilo arıqladığını qeyd edib.
Babasının fermasında böyüyən aktrisa həmçinin qeyd edib ki, heyvanlara bəslədiyi sevgisinə görə onların əti ilə qidalana bilmir.