Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 16:16
Rusiyanın Leninqrad vilayətinin Priozerski rayonunda yeniyetmə qız babası tərəfindən təcavüzə məruz qalıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 16 yaşlı qız atası ilə cinsi əlaqədə olub, daha sonra ona babası təcavüz edib.
Xəbərdə bildirilir ki, bu barədə yeniyetmə polisə müraciət edib. O, yanvar ayında 38 yaşlı atası ilə qarajda spirtli içki qəbul edəndən sonra öz razılığı ilə cinsi əlaqədə olduğunu deyib. Yeniyetmə bu halın bir neçə dəfə atasının yaşadığı evdə də baş verdiyini qeyd edib.
Bundan əlavə, o deyib ki, atasının evinə qonaq getdiyi zaman evdə olan 64 yaşlı babası ona təcavüz edib.
Yeniyetmənin atası ilə rəsmi nikahda olmayan anası ilə yaşadığı bildirilir. Hələlik faktla bağlı cinayət işi açılmayıb.