Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 11:48
"Trabzonspor"un futbolçusu Murat Cem Akpınar hələ Azərbaycan və Türkiyənin millisi arasında seçim etməyib.
Qol.az-ın məlumatına görə, "61 saat"a danışan 20 yaşlı yarımmüdafiəçi bildirib ki, bununla bağı yekun qərar verməyib: "“Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında oynamışam. Təklif gələcəyi təqdirdə, Türkiyə millisində oynaya bilərəm. Hələ bir seçim etməmişəm”.
Qeyd edək ki, Murat Cem Akpınar Azərbaycanın U-17 yığmasında çıxış edib. O, bu mövsümün ikinci yarısı "Trabzonspor"un əsas komandası ilə bəzi matçlarda iştirak edib.