Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 07:32
"Google"un tərcümə xidməti daima təkmilləşdirilir. Son yeniliklərdən biri ani səsli tərcümə olub. Xidmət artıq 100-dən çox dili dəstəkləsə də, amma indiyədək jest dilini başa düşmürdü. Bunun üçün axtarış nəhəngi əl hərəkətlərini danışığa çevirə bilən süni intellekt hazırlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, süni intellekt jestlərin interpretasiyası və onların danışığa çevrilməsi ilə məşğuldur. Bu, nitq problemi olanların jest dilini bilməyən başqa insanlarla ünsiyyət saxlamasını asanlaşdıracaq. "Google" sözügedən texnologiyanın işini adi smartfonda nümayiş etdirib.
Şirkətin mütəxəssisləri qeyd ediblər ki, bu texnologiya hələ ki qeyri-mükəmməldir.