Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mourinyo mənə bir dəfə də şans vermədi''

''Mourinyo mənə bir dəfə də şans vermədi''

Tarix: 8 Fevral 2020 13:00

Müqavilə ilə "Tottenhem"ə məxsus olan Denni Rouz icarə əsasında "Nyukasl"a keçməsinin səbəbini açıqlayıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında "Tottenhem"də oynamaq istəsə də, portuqaliyalı mütəxəssisin  ona şans vermədiyini deyib:
 
"Başqa müdafiəçilərə veriləcək şanslarının olmadığını başa düşürəm. Şəxsən "Tottenhem" və onun üçün oynamaq istədim. Amma mənə bir dəfə də şans vermədi. Bir ay sonra isə anladım ki, şansım olmayacaq. Məşqlərdə özümü göstərmək çox çətin oldu. Münasibətimiz olmasa da, Mourinyo və işinə hörmət edirəm. O, 12ci pillədə olan "Tottenhem"i qəbul etdi və xal fərqini xeyli azaltdı".

Qetd edək ki, D.Rouz mövsümün sonunadək "Nyukasl"ın formasını geyinəcək.

 


Etiketlər:  Mourinyo mənə dəfə şans vermədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ