Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 13:06
Bolqarıstan millisinin sabiq futbolçusu Dimitar Berbatov Lionel Messinin “Barselona”nın idman direktoru Erik Abidal barəsində dediklərinə münasibət bildirib.
Qol.az “As” nəşrinə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun fikirlərindən narazı qalıb:
“Messi kirli paltarları klubun daxilində saxlamalıdır. Bütün böyük klublarda fikir ayrılığı olur. Amma futbolçudan tutmuş rəhbərliyə kimi hamı bilməlidir ki, bir komanda üçün oynayırlar. Fikir ayrılığı klubdan kənara çıxmamalıdır. Mən Abidalla “Monako”da oynamışam. Messinin bu həftə onu belə açıq formada tənqid etməsindən dəhşətə gəldim. O, jurnalistlər üçün işlədi. Messi “Barselona” üçün elə vacib futbolçudur ki, sanki bütün komandadır. Futbolçuların hakimiyyəti çoxdur. Ümid edirəm ki, Messi və Abidal fikir ayrılığını tezliklə aradan qaldıracaq”.
Nə baş verib?
Xatırladaq k, E.Abidal istefaya göndərilən Ernesto Valverdenin dönəmində komandanın oyununu tənqid edib. O, həmin vaxtda futbolçuların xoşbəxt olmadıqlarını və yetəri qədər çalışmadıqlarını bildirib. Klub rəsmisi hətta baş məşqçi ilə oyunçular arasında ünsiyyət problemi olduğunu da söyləyib.
Buna cavab olaraq Messi "İnstaqram" hesabında bununla bağlı yazıb: "Belə şeyləri sevmirəm. Hər kəs öz işinin məsuliyyətini bilməli və buna görə davranmalıdır. Futbolçular meydanda baş verənlərə görə məsuliyyət daşıyırlar. Yaxşı oynamadığımız zaman bunu ilk biz etiraf edirik. Əgər futbolçular haqqında danışırsansa, ad çəkməlisən, əks təqdirdə, hamının üzərinə kölgə salacaqsan".