Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 17:36
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yanvarın 22-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə avia biletlər satma hüququ olan Gürcüstanın "İnterco Travel" şirkətinin səlahiyyətlərinin Ermənistanın "Anriva Tour" şirkətinə keçiməsini əsas götürərək vətəndaşalara və turizm şirkətlərinə yeni alternativ yol təklif edir.
Assosiasiyadan Sonxeber.net-a verilən məlumata görə, mart ayının 21-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə Azərbaycan Hava Yolları tərəfindən birbaşa uçuşlar həyata keçiriləcək.
Azərbaycan vətəndaşları üçün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla bütün lazımi şərait yaradılacaq: "Yaxın günlərdə bütün təşkilati məsələləri öz üzərinə götürəcək turoperator haqqında ətraflı məlumat veriləcək.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə "Anriva Tour" şirkətinə alternativ olaraq məhz bu marşurutdan istifadə etməyi tövsiyə edir".