Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva qaydaları dəyişir - Rusiya vətəndaşı olmaq asanlaşdı

Moskva qaydaları dəyişir - Rusiya vətəndaşı olmaq asanlaşdı

Tarix: 8 Fevral 2020 18:06

Xarici ölkə vətəndaşlarının Rusiya vətəndaşlığı alması proseduru əhəmiyyətli dərəcədə sadələşdiriləcək. 

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri Rusiya Dövlət Miqrasiya siyasəti Konsepsiyasının reallaşdırılması üzrə işçi qrupda olan mənbələrə istinadən xəbər verir.

Belə ki, Rusiya hökuməti "Rusiya Federasiyası vətəndaşlığı haqqında" qanun layihəsinə dəyişikliklərin edilməsini nəzərdə tutan layihə hazırlayır. Yeni qaydalara əsasən xarici ölkə vətəndaşları Rusiya vətəndaşı olmaq üçün digər ölkənin vətəndaşlığından imtina etməyə məcbur olmayacaqlar.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiya və həmvətənlərlə əlaqə komitəsinin rəhbəri Leonid Kalaşnikov vurğulayıb ki, hazırda sənəd final mərhələsindədir. Onun fevral ayında Dövlət Dumasına çıxarılması planlaşdırılır.

Bundan əlavə, Rusiya ərazisində 5 il ərzində fasiləsiz qalmaq tələbi də ləğv oluna bilər. Kalaşnikov əlavə edib ki, yaşayış üçün vəsaitlərin qanuniliyinin sübut olunması şərti də ləğv oluna bilər


Etiketlər:  Moskva qaydaları dəyişir Rusiya vətəndaşı olmaq asanlaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ