Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azyaşlı qız xəstəliyi üzündən daşa çevrilir - Uzana, otura bilmir

Azyaşlı qız xəstəliyi üzündən daşa çevrilir - Uzana, otura bilmir

Tarix: 8 Fevral 2020 23:24

7 yaşlı qızcığaz nadir xəstəliyi səbəbindən getdikcə daşa dönür. O, artıq gəzəndə, uzananda ağrıyır.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Hindistanın Çxattisqarx ştatında yaşayan Radjeşvarinin dərisi daşlaşıb bərkiyir.

Onun xəstəliyi nadir sindromlardan biri epidermolitik ixtioz adlanır.
Qızın ayaqları, qolları, kürəyi balıq pulcuğu kimi bərk qabıqla örtülür.

Qızın hələ ki, dünyanın ən yaxşı professorlarının müalicəsini almağa maddi imkanı yoxdur, o 2-3 aydan bir mərkəzdəki yerli xəstəxanaya gedib müayinə olunur.

Xəstəlik öldürücü deyil, amma xəstələr ömür boyu dəhşətli simptomlara dözməli olur və normal həyat keçirə bilmir.

Qız yaxşı tərləyə bilmədiyindən tez-tez xəstələnir, dərisindəki çatlar isə infeksiya və göbələklər üçün münbit şərait yaradır.
Artıq qızın gözü və eşitməsi zəifləyib.


Etiketlər:  Azyaşlı qız xəstəliyi üzündən daşa çevrilir Uzana otura bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ