Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 07:02
Çində yeni tip koronavirusdan (2019-nCoV) ölənlərin sayı 723-ə çatıb.
Sonxeber.net xəbər verir ki, Çin Milli Səhiyyə Komitəsi virusa yoluxanların 34 min 546 nəfər olduğunu açıqlayıb.
Virusa yoluxma şübhəsi olan şəxslərin sayı 27 min 657-dir. Koronavirus daşıyıcıları ilə təmasa keçdikləri üçün müşahidəyə alınanların sayı isə 189 min 660-a çatıb.
Bu qorxunc rəqəmlər Çin hökumətini daha sərt addımlar atmağa məcbur edib. Pekin bələdiyyəsi hotel, restoran, market, əyləncə mərkəzləri, ictimai nəqliyyat və bənzər məkanlarda qoruyucu maska taxmayanları həbs etmək barədə qərar verib. (publika.az)