Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 10:36
Türkiyənin İzmir şəhərində oğul atasını ürəyindən bıçaqlayaraq öldürüb.
Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, sərxoş oğul əvvəlcə yaşadıqları evi yandırmaq istəyib.
Ata 58 yaşlı Ali Albayrak oğul A.A-ya mane olmaq istəyib. Lakin sərxoş oğul atasının ürək nahiyəsinə zərbə endirib, araya girən qardaşını da əlindən yaralayıb.
Hadisə yerinə polis və təcili tibb yardım çağırılıb. Xəstəxanaya çatdırılan Ali Albayrakın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.