Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 14:18
Slovakiya Dumasının deputatı, Azərbaycan-Slovakiya Dostluq Qrupunun sədri Peter Marcek 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində seçkiləri müşahidə edib.
Peter Marcek APA-ya açıqlamasında bildirib ki, bu gün 7 məntəqədə seçkiləri izləyib: "Bir neçə rayonda məntəqələrdə oldum, seçkinin gedişini izlədim. Seçkilər demokratik səviyyədə keçirilir, heç bir pozuntuya rast gəlmədim".
Marcek Azərbaycanda 8-ci dəfə olduğunu və ölkənin çox müasirləşdiyini qeyd edib: "Azərbaycan Prezidenti tərəfindən ciddi islahatlar aparılır. Seçkilərdə insanlar istədikləri namizədlərə səs verirlər. Seçkilər sakit formada keçir və insanların narazı olduğunu görmədim".