Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 14:48
Azərbaycanda parlament seçkilərində seçicilərin yüksək fəallığını qeyd etmək lazımdır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin sədri Liliya Qumerova deyib.
Onun sözlərinə görə, hələ səhər saatlarında vətəndaşların təxminən 10 faizi səs verib ki, bu da seçkiyə böyük marağı əks etdirir:
"Bütün məlumatlar açıqdır, siyahılar göz qabağındadır, şəffaflıq və seçki komissiyaları üzvlərinin yüksək hazırlığı görünür. Fikrimcə, seçkilər sakit rejimdə keçəcək. Müəyyən xırdalıqlar istənilən seçki kampaniyasında olur, ona görə də mən açıq, demokratik və ədalətli seçkilər arzu edirəm".
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.