Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 14:57
Azərbaycanda parlament seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunur.
Sonxeber.net bildirir ki, bunu Trend-ə ukraynalı deputat Vladimir Kreydenko deyib.
Onun sözlərinə görə, bu cür hava şəraitində saat 11:30-a kimi bir məntəqədən 300-dən çox seçicinin səs verməsi vətəndaşların ölkənin idarə olunmasına layiqli namizədin seçilməsinə böyük marağını göstərir.
V.Kreydenko, həmçinin səsvermə prosesinin digər müsbət amillərini qeyd edib:
"Məntəqələrin işi vaxtlı-vaxtında başlayıb, səsvermə prosesi yüksək səviyyədə davam edir. Komissiya üzvlərinin yerində olduğu görünür, aşkar pozuntu və sui-istifadə müşahidə olunmur".
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.