Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 15:57
"Seçki prosesini yaxından izləmişəm. Hər hansı bir neqativ halla, süni maneə ilə rastlaşmamışam. İnsanlar sərbəst şəkildə gəlib istədikləri namizədə səs verirlər".
Sonxeber.net bildirir ki, bunu SİA-ya 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsində 9 fevral parlament seçkilərini müşahidə etmiş İtalya parlamentinin üzvü Boludi Rossana deyib.
Onun sözlərinə görə, seçki hazırlığına və seçkilərin keçirilməsi yaxşı təşkil olunub: "Məntəqələrdə veb-kameraların quraşdırılması, istənilən KİV nümayəndəsinin məntəqələrə daxil olaraq, prosesi yaxından izləməsi seçkilərin azad və ədalətli keçirilməsinə imkan yaradır".