Tarix: 9 Fevral 2020 17:04
İngiltərə Premyer Liqasının 26-cı turunda bu gün keçirilməsi planlaşdırılan “Mançester Siti” – “Vest Hem” oyunu təxirə salınıb. Qol.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Buna səbəb Avropada hökm sürən "Kyara" fırtınasıdır. Oyunun nə vaxta təxirə salındığı açıqlanmayıb.
Qeyd edək ki, fırtına və qarlı hava səbəbindən Almaniya Bundesliqasında “Borussiya” (Münhenqladbax) – “Köln” oyunu, həmçinin Niderland və Belçika çempionatlarının bu günə nəzərdə tutulan matçları təxirə salınıb.