Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 19:27
Azərbaycanda seçkilər sakit şəraitdə keçib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Gürcüstandan olan müşahidəçi Eka Qulua deyib.
O bildirib ki, səhər saat 8-dən başlayaraq 7-8 seçki məntəqəsində olub:
"Xalq sakit səs verdi, hamı məmnun idi. Hər kəs deyir ki, hökumətdən məmnundur".
Onun sözlərinə görə, heç vaxt bu qədər demokratik seçkiqabağı mühit görməyib.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.