Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 20:00
Azərbaycanda parlament seçkiləri çox yaxşı təşkil olunub.
Sonxeber.net bildirir ki, bunu Trend-ə almaniyalı müşahidəçi Birgit Vetsel deyib.
O, seçkiləri müşahidə etməyə Azərbaycanın Berlindəki səfirliyinin dəvəti ilə gəldiyini deyib:
"Biz bir neçə seçki məntəqəsində olduq və əmin olduq ki, səsvermə prosesi yaxşı təşkil olunub".
Onun sözlərinə görə, parlament seçkilərinin bu səviyyədə keçirilməsi Azərbaycanın gələcək nəsilləri üçün həlledici əhəmiyyət daşıyır:
"Biz burada olduğumuz 3 gün ərzində bu qənaətə gəlmişdik ki, seçkilər uğurlu keçəcək. Biz öz namizədliyini irəli sürmüş çoxlu sayda gənc və müstəqil namizəd gördük".
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.
Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.