Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailli müşahidəçilər seçkinin nəticəsini müsbət qiymətləndiriblər

İsrailli müşahidəçilər seçkinin nəticəsini müsbət qiymətləndiriblər

Tarix: 9 Fevral 2020 20:48

Azərbaycanda bu gün keçirilən parlament seçkilərini izləyən israilli müşahidəçilər seçkinin nəticəsini müsbət qiymətləndiriblər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Milli Məclisə növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar tədbirdə İsraildən olan beynəlxalq müşahidəçi Roman Gureviç deyib ki, seçkilər şəffaf və effektiv keçirilib.

Onun sözlərinə görə, seçkilərdən bir neçə gün əvvəl Bakıya gəliblər.

Bakıda son illər ərzində yüksək inkişafın olduğunu nəzərə çatdıran R.Gureviç bildirib ki, Bakının 6 məntəqəsində apardıqları müşahidələrə əsasən, səsvermədə gənclər çox iştirak ediblər: "Bu da müsbət haldır. Seçkidə hər kəs öz işini bilirdi və qanun pozuntusu qeydə alınmayıb".

Digər müşahidəçi Boris Qrosman əlavə edib ki, artıq Azərbaycanda seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur:

"Mən düşünürəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Seçkiyə babalar, nənələr öz nəvələri ilə gəlirdilər. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin gələcəyinə ümid etmirdik. Amma insanlar çox həvəslə, sevinərək seçkiyə gəlirdilər".

B.Qrosman bildirib ki, İsrail Azərbaycanı sevir və dəstəkləyir. Azərbaycan da İsrail üçün həmişə qardaş və dost ölkə olacaq.

Müşahidəçi Aleksey Tessarskiy isə hesab edir ki, müşahidələrinə əsasən, Azərbaycanda insanlar üçün onların həyatlarını dəyişdirən demokratik seçkilərin keçirilməsi və orada iştirak vacibdir. Ona görə də insanlar seçkidə fəal iştirak edirdilər, çünki onlar ölkənin tarixinə biganə deyillər.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.


Etiketlər:  İsrailli müşahidəçilər seçkinin nəticəsini müsbət qiymətləndiriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ