Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan MSK: Azərbaycanda parlament seçkiləri uğurla keçirilib

Gürcüstan MSK: Azərbaycanda parlament seçkiləri uğurla keçirilib

Tarix: 9 Fevral 2020 22:39

Azərbaycanda parlament seçkiləri uğurla keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Qeorqi Şarabidze deyib.

O qeyd edib ki, bu gün bir sıra seçki məntəqələrində müşahidə aparıb:

"Mərkəzi Seçki Komissiyyası bütün lazımi tədbirləri görmüşdü və bütün qaydalara əməl olunurdu. Azərbaycanlı həmkarlarımı təbrik edirəm".

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.


Etiketlər:  Gürcüstan Azərbaycanda parlament seçkiləri uğurla keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ