Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 08:40
Fevralın 9-da İstanbulun "Qalatasaray" klubu Türkiyə Superliqasının XXI turunda səfərdə "Kasımpaşa" komandasının qapısından üç cavabsız qol keçirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, oyunda "Qalatasaray"ın qollarını Yassine Meriah (7 - öz qapısına) və Adəm Böyük (22, 41) vurub.
Günün digər oyununda - "Sivasspor" - "Başakşəhər" matçında heç-heçə qeydə alınıb - 1:1. "Kayserispor" isə doğma meydanda "Antalyaspor" klubu ilə 2:2 hesabı ilə bərabərə qalıb.
Fevralın 10-da turun sonuncu oyunu - "Göztəpə"-"Rizəspor" qarşılaşması oynanılacaq.