Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tailandda rus turistləri daşıyan qayıqlar toqquşdu: 2 ölü, 20 yaralı

Tailandda rus turistləri daşıyan qayıqlar toqquşdu: 2 ölü, 20 yaralı

Tarix: 10 Fevral 2020 11:18

Tailandın Phuket adasında turistləri daşıyan iki sürətli qayıq toqquşub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, insident nəticəsində Rusiya vətəndaşları olan iki uşaq vəfat edib. Onların 12 yaşlı oğlan və 6 yaşlı qız olduğu bildirilir.

Qeyd olunur ki, ümumilikdə qayıqlarda 40 nəfər olub ki, onların əksəriyyətini ruslar təşkil edib. Xəsarət alan 20 rus xəstəxanalara yerləşdirilib. Ekipaj üzvləri yaralanmayıb.

Rusiyanın Tailanddakı səfirliyi faktı təsdiqləyib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Etiketlər:  Tailandda turistləri daşıyan qayıqlar toqquşdu ölü yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ