Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərkisyan referendum keçirilməsi ilə bağlı fərman imzaladı

Sərkisyan referendum keçirilməsi ilə bağlı fərman imzaladı

Tarix: 10 Fevral 2020 13:20

Ermənistan prezidenti Armen Sərkisyan ölkə konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirilməsi haqda fərman imzalayıb.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, referendumun aprelin 5-də keçirilməsi planlaşdırılır. Eyni zamanda Ermənistan prezidenti xatırladıb ki, referendum parlamentin qərarıdır və prezident sadəcə vaxt təyin edilməsi haqda fərman imzalamaqla məhdudlaşdıran prosedur funksiyaları yerinə yetirir.

Qeyd edək ki, Ermənistan parlamenti konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı qərarı fevralın 6-da qəbul edib. Təklif olunan dəyişikliklər Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin 2015-ci ildə konstitusiya islahatlarından əvvəl müəyyənləşdirilən səlahiyyətlərinin dayandırılması ilə əlaqədardır.

Milli.Az


Etiketlər:  Sərkisyan referendum keçirilməsi ilə bağlı fərman imzaladı


RƏYLƏR