Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 13:52
Rusiyadan olan 83 yaşlı Nina Maksimova qış üzgüçülüyü üzrə dünya çempionatının qızıl mükafatçısı olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,o, 3-9 fevral tarixlərində Sloveniyanın Bled gölündə keçirilən turnirdə 25 və 50 metr məsafələrdə birinci olaraq iki qızıl medal qazanıb.
Çempionatda 36 ölkədən 1042 idmançı iştirak edib. Turnirin keçirildiyi göldə suyun temperaturu müsbət 1 dərəcə olub.
Bildirilir ki, N.Maksimova ümumən üzgüçülüklə 77 il, qış üzgüçülüyü ilə isə 30 ildir məşğul olur. O, üzgüçülük üzrə yarışlarda bir çox mükafat alıb.