Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 17:00
ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı meyxanaçı, müğənni Samirə Yusifqızı olub.
Sonxeber.net bildirir ki, müğənni təayyarədə başına gələn həyəcanlı hadisədən danışıb:
"1998-ci ildə Ərəbistandan qastroldan qayıdırdıq. Ansambıl orada idi, mən tək qayıdırdım. 3 il Ərəbistanda işləmişəm. Təyyarədə belə bir şey oldu. Oturmuşdum, bir də gördüm ki, təyyarə çox pis sirkələnir. Çox bərk qorxdum. Ümumiyyətlə, təyyarədən qorxanam. Texnik əlində açarla təyyarənin arxa tərəfinə keçdi. Ürəyim düşdü ki, bu gedir nəsə düzətməyə. Dəhşət xışıltılı səslər gəlirdi. Dedim ki, nəsə olacaq, sən özün qoru Allah. Bir də gördüm ki, bələdçi xanım mənə yaxınlaşdı ki, Samirə xanım sizi pilot çağırır, mümkünsə gələrdiz.
Düşündüm ki, yüz faiz təyyarə gedir. Bunlar da insanları təlaşlandırmamaq üçün məndən oxumağımı istəyirlər. İndi əlim-ayağım əsə-əsə orada oxuya bilərəm? Bələdçinin yanında oturmuşam, gözümdən də yaş gəlir ki, mənim həyatım burada bitdi. Düşünürəm ki, uşaqlarım yetim qaldı, gözümün qabağına ailəm gəldi. Bələdçi mikrofonu ilə 2-3 mahnı oxudum və gördüm camaat əl çalır. Bələdçi qız gəldi ki, Samirə xanım, sizdən üzr istəyirik. Sən demə, uçduğumuz kompaniyanın rəhbəri ailəsi ilə orada uçur.
Onlar da məni tanıyırlar, ailə məclisində olmuşam. Deyiblər ki, Samirə xanımı çağırın oxusun təyyarədə keflə, musiqi ilə uçaq. Mən də elə bilirəm təyyarə qəzaya gedir. Təzədən bələdçinin yanına getdim və mikrofonu əlindən alıb dedim ki, indi zəhmət olmasa, hərəniz 5 dollardan yığın. Pulumu vermədilər".