Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 16:04
Süni intellekt əsasında işləyən diaqnostika sistemləri ağciyər xərçəngini sertifikatlaşdırılmış həkimlərlə müqayisədə daha yaxşı aşkar edir. “Google”un mühəndisləri tərəfindən ABŞ-da bir sıra tibbi mərkəzlərin iştirakı ilə keçirilmiş araşdırmaya əsasən, kompüter alqoritmləri 94% halda xərçəng xəstəliyinin əlamətlərinə düzgün diaqnoz qoyur.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Google”un neyron şəbəkəsi ağciyər xərçəngi aşkar edilmiş pasiyentlərin nümunələri üzərində təlim etdirilib. Ötən il bu xəstəlikdən ABŞ-da 160 min və dünyada 1,7 milyon nəfər ölüb.
Ancaq “Google”un neyron şəbəkəsi hələ ki kliniki tədqiqatlarda istifadəyə hazır deyil. "Biz bu texnologiyanın kliniki təcrübədə səmərəli tətbiqi üçün dünyadakı bütün müəssisələrlə əməkdaşlıq edirik" – “Google”un layihə meneceri Daniyel Se deyib.
Emil Hüseynov