Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Transfer balansını pozan klublar və liqalar - ''Top-5''də

Transfer balansını pozan klublar və liqalar - ''Top-5''də

Tarix: 11 Fevral 2020 08:50

"CİES Football Observatory" araşdırma mərkəzi "böyük beşlik" ölkələrindəki klubların son iki transfer dönəmindəki fəaliyyətini araşdırıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, balansı ən çox pozan klubun "Real" olduğu aşkarlanıb.

"Kral klubu" son iki "transfer pəncərəsi" dövründə oyunçu keçidlərinə görə 330 milyon avro xərcləyibsə, satılan futbolçulardan 149 milyon avro gəlir götürüb. Yəni Madrid təmsilçisinin transfer balansı mənfi 181 milyon avrodur. İkinci yerdə "Aston Villa" qərarlaşırsa, ilk "üçlüy"ü İspaniyanın digər nəhəng klubu "Barselona" qapayır.

 

Transferlərdə balansı ən çox pozan klublar:
1. "Real" - mənfi 181 milyon avro (330 milyon xərcləyib / 149 milyon qazanıb)
2. "Aston Villa" - 169 milyon (172 / 3)
3. "Barselona" - 166 milyon (288 / 122)
4. "Mançester Yunayted" - 151 milyon (244 / 93)
5. "Tottenhem" - 141 milyon (204 / 63)
6. "Monako" - 121 milyon (211 / 90)
7. "İnter" - 111 milyon (235 / 124)
8. "Yuventus" - 94 milyon (235 / 141)
9. "Fiorentina" - 93 milyon (137 / 44)
10. "Herta" - 92 milyon (117 / 25).

"Top-5"də ən çox balansı pozan liqalar:
1. İngiltərə Premyer Liqası - mənfi 844 milyon avro
2. İspaniya La Liqası - 418 milyon
3. İtaliya A seriyası - 407 milyon
4. Almaniya Bundesliqası - 263 milyon
5. Fransa Liqa1 - müsbət 106 milyon.


Etiketlər:  Transfer balansını pozan klublar liqalar 5də


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ