Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 15:10
ABŞ administrasiyası 2021-ci il üçün müdafiə büdcəsini artırmağı təklif edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edən Eleyn Makkasker deyib.
E.Makkasker bildirib: "Prezident tərəfindən Müdafiə Nazirliyi üçün istənilən büdcə 740,5 milyard dollar təşkil edir".
Bildirilir ki, bu məbləğdən 69 milyard dolları xarici ölkələrdə hərbi əməliyyatların keçirilməsi üçün nəzərdə tutulur.