Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 18:20
2019-cu ildə hər min fəal vergi ödəyicisinə iki səyyar vergi yoxlaması düşüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir bildirib ki, ümumilikdə səyyar vergi yoxlamalarının sayı 44 faiz azalıb, bütün vergilərin təxminən 91 faizi isə könüllü ödənilib. Bundan başqa, ötən il əlavə hesablanmış ödənişlərin 18 faiz artımı müşahidə edilib:
"Ümumilikdə, 2019-cu ildə vergi daxilolmaları proqnozu 4,9 faiz üstələyib ki, bu da milli iqtisadiyyatın tam şəffaflığa keçidin müsbət tendensiyasını göstərir".
M.Cabbarov əlavə edib ki, şəffaflıq kontekstində sosial ödənişlər də artıb:
"Məcburi dövlət sosial sığorta və işsizlik sığortası üzrə sığorta hallarının sayı müvafiq olaraq 24 və 40 faiz artıb".