Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 02:32
Fransada 140 tanınmış şəxs, xüsusilə də solçular, "L'Humanite" qəzeti vasitəsilə çağırış edərək, "böyük demokratik problem"in "həlli məqsədi"lə təklif olunan pensiya islahatının geri götürülməsinə dair referendum keçirilməsini tələb edən petisiya irəli sürüblər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bəzi deputatlar və tanınmış şəxslər tərəfindən imzalanmış petisiyada hökumətin layihəsinin geri götürülməsi ilə bağlı referendum keçirilməsi tələb edilir. Bildirilir ki, ümumxalq referendumu vasitəsilə xalq son sözünü deyə bilməlidir.
Petisiyanın mətnində "ümumi rejim boş vədlər", maliyyə "boşluqları", eləcə də Konstitusiyaya zidd müddəaları olan bu pensiya qanun layihəsinə dair Dövlət Şurasının da " çox ciddi" rəyi olduğu diqqətə çatdırılıb.
Bir həftədir Milli Assambleyada deputatlar arasında davam edən gərginliyi və gözlənilən təhlükələri nəzərə alaraq referendum keçirilməsi tələbi irəli sürülüb.
Xatırladaq ki, Fransada sonuncu ümumxalq referendum 2005-ci il mayın 29-da Avropa Konstitusiyasına dair müqavilə ilə bağlı keçirilib və 55 faiz səs çoxluğu ilə həmin müqaviləyə etiraz bildirilərək rədd edilib.