Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 11:04
"Çelik"in baş məşqçisi Ümit Özat "Sportssport.ba" saytına komandasının hazırlıq prossesini dəyərləndirib.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis heyətə cəlb edilən yeni oyunçular barədə də danışıb.
Özat milli komandamızın sabiq üzvü Elvin Yunuszadənin komandaya faydalı olacağına inandığını açıqlayıb:
"Oyunçularımın işindən, motivasiyasından tam razıyam. Hazırlığımız çox yaxşı gedir. Komandaya sonuncu qoşulan futbolçu Elvin Yunuszadə oldu. O, Çempionlar Liqasında bir neçə oyun keçirib. Əminəm ki, bizə faydalı olacaq".
Yunuszadə Bosniya və Hersoqovina təmsilçisi ilə yaya qədər müqavilə imzalayıb.