Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 12:56
Bu il keçiriləcək Avropa çempionatı ilə əlaqədar Bakıya 200 min xarici qonağın gələcəyi gözlənilir.
Qol.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı tədbirdə çıxışı zamanı deyib.
O, Avro-2020-nin A qrupunda yer alan Türkiyə, Uels və İsveçrə millilərinin baza kimi Bakını seçdiyini söyləyib. E.Məmmədovun sözlərin görə, bu isə hər üç komandanın ən azı 10 gün Azərbaycan paytaxtında qalacağı deməkdir.