Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 16:22
Bakı şəhər İcra Hakimiyyəti Müsavat, REAL partiyaları və digər müxalifət nümayəndələrinin Bakıda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
Sonxeber.net xəbər verir ki, İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, meriyada müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.
Xatırladaq ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri, Nəsimi rayonu, "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.