Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 19:04
Xəbər verdiyimiz kimi, güclü qar və şaxta səbəbindən ölkəyə qayıda bilməyən 69 Azərbaycan vətəndaşı İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda ziyarət məkanları və məscidlərdə yerləşdiriliblər.
Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva açıqlama verib.
Onun sözlərinə görə, bununla bağlı Azərbaycanın İrandakı səfirliyinə hər hansı müraciət daxil olmayıb.
Qeyd edək ki, İranın Astara rayonu Xeyriyyə Məsələləri üzrə İdarəsinin direktoru Cəmşid Məhdəvi 69 azərbaycanlının qar səbəbindən ölkəsinə qayıda bilmədiyini açıqlamışdı.