Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

OnePlus 8 gözlənildiyindən daha tez təqdim oluna bilər

OnePlus 8 gözlənildiyindən daha tez təqdim oluna bilər

Tarix: 13 Fevral 2020 08:48

Son illərdə OnePlus şirkəti öz yeni smartfon modellərini may ayında təqdim edir. Məsələn OnePlus 6 modeli 16 may 2018-ci ildə, OnePlus 7 və OnePlus 7 Pro modelləri isə 14 may 2019-cu ildə təqdim edilmişdilər. Lakin bu il görünür, şirkət öz yeni smartfon modellərini daha tez təqdim edəcək.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, məşhur hindistanlı insayder Ishan Agarwall-ın verdiyi məlumata əsasən OnePlus 8 və OnePlus 8 Pro smartfon modelləri ya mart ayının sonunda və ya aprel ayının əvvəlində təqdim olunacaqlar. Çox güman ki, belə üsul ilə OnePlus şirkəti Samsung, Huawei, OPPO, Vivo şirkətlərinin flaqman smartfon modellərinin buraxılışından geri qalmaq istəmir. Təbii ki, bu hələ rəsmi təsdiqlənmiş bir məlumat deyil, Buna görə də ona bir qədər şübhə ilə yanaşmaq lazımdır. Məlum olmayan tək şey OnePlus 8 Lite modelinin flaqman modellər ilə birlikdə təqdim olunub-olunmayacağıdır.


Etiketlər:  OnePlus gözlənildiyindən daha təqdim oluna bilər


RƏYLƏR