Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 16:04
"Etilen-Polietilen" zavodunda yeni buxar turbogeneratorunun tikintisi aparılır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "Etilen-polietilen" zavodunun baş mühəndisinin modernləşdirmə üzrə müavini Qadir Əliyev mətbuat üçün təşkil olunmuş tur zamanı deyib.
O bildirib ki, layihənin məqsədi zavodu elektrik enerjisi ilə təmin edən buxar-generator kompleksinin istehsal gücünü yüksəltməkdir.
Q.Əliyevin sözlərinə görə, yeni buxar turbogeneratoru zavodun tələbatını tam ödəyəcək. Hazırkı buxar-generator kompleksinin istehsal gücünü saniyədə 65 meqavatta çatdırmaq planlaşdırılır. Bununla əlaqədar olaraq SOCAR 2016-cı ildə Almaniyanın UNIPER şirkəti ilə saziş imzalayıb və SOCAR-UNIPER birgə müəssisəsi yaradıb:
"Azərikimya" İstehsalat Birliyinin daxili imkanları hesabına mövcud yarımstansiya bərpa olunur. Bu layihə başa çatdıqdan sonra müəssisə öz imkanları hesabına əldə olunan elektrik enerjisini SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıtın digər istehlakçılarına ötürə biləcək".