Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 23:20
"Check Point" şirkətinin mütəxəssisləri hakerlərin fişinq hücumlarında ən çox istifadə etdiyi brendlərin siyahısını açıqlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hakerlər məşhur brendlər vasitəsilə insanların fərdi məlumatlarını daha rahat əldə ediblər.
Hakerlər fişinq hücumlarında ən çox istifadə etdiyi brendlər bunlardır:
Feysbuk (ümumi fişinq hücumunun 18%-i)
Yahoo (ümumi fişinq hücumunun 10%-i)
Netflix (ümumi fişinq hücumunun 5%-i)
PayPal (ümumi fişinq hücumunun 5%-i)
Microsoft (ümumi fişinq hücumunun 3%-i)
Spotify (ümumi fişinq hücumunun 3%-i)
Apple (ümumi fişinq hücumunun 2%-i)
Google (ümumi fişinq hücumunun 2%-i)
Chase (ümumi fişinq hücumunun 2%-i)
Ray-Ban (ümumi fişinq hücumunun 2%-i) və s.
HƏMÇİNİN OXU: Azərbaycanın bu bankına qarşı fişinq hücumu başladılıb
Brendlərdən istifadə hücumun hansı formada aparılmasına görə dəyişib. Belə ki, fişinq hücumları elektron poçt üzərindən aparıldıqda daha çox Yahoo!, Rbs (Ray-Ban Sunglasses), Microsoft, DropBox-a müraciət olunub.
Saytlar üzərindən edilən hücumlarda Spotify, Microsoft, PayPal və Feysbuk, mobil cihazlar vasitəsilə edilən hücumlarda isə Chase Mobile Banking, Feysbuk, Apple və PayPal tətbiqlərindən istifadə edilib.