Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 14:00
"ABŞ prezidenti Donald Tramp öz administrasiyasının əməkdaşlarına digər ölkələrin liderləri ilə danışıqlarını dinləməyi qadağan edə bilər".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu D.Tramp "IHeart" radiostansiyasına müsahibəsi zamanı bildirib.
D.Tramp deyib: "Bu, onların uzun illər ərzində məşğul olduqları şeydir: sən digər ölkələrin liderlərinə zəng etdiyin zaman insanlar dinləyir. Mən bu təcrübəni tamamilə dayandıra bilərəm".
ABŞ prezidentinin sözlərinə görə, onun danışıqlarını təxminən 25 nəfər dinləyir.