Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsmayıllıda özünü asan gənc son anda xilas edilib

İsmayıllıda özünü asan gənc son anda xilas edilib

Tarix: 14 Fevral 2020 15:00

İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Seyidov Babək İbadulla oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asıb.

Ailə üzvləri hadisədən tez xəbər tutduğu üçün onu ölümdən son anda xilas ediblər.

18 yaşlı gənc təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Etiketlər:  İsmayıllıda özünü asan gənc anda xilas edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ