Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlər koronaviruslu xəstəni görüb qaçdılar - Kuryoz olay

Həkimlər koronaviruslu xəstəni görüb qaçdılar - Kuryoz olay

Tarix: 14 Fevral 2020 22:00

Ufa şəhər xəstəxanasının infeksion şöbəsinin həkimləri Çindən gələn vətəndaşı koronavirus şübhəsindən müayinə etməkdən imtina ediblər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, onlar yoluxacaqlarından qorxaraq hətta qaçıblar.

27 yaşlı kişi Pekində yaşayırdı və 3 gün olar Vətəninə qayıdıb. Aeroportda yoxlansa da normal buraxılıb, lakin evdə özünü pis hiss edib. Koronavirus olacağından qorxaraq dərhal xəstəxanaya gəlib.

Xəstə analiz götürüləcəyini gözləsə də, onu otaqda tək qoyub qaçıblar.

Həkimlər xəstədən gizlənib, onu bağlı qapı arxasında saxlayaraq, arxa qapıdan çıxıb getməsini istəyiblər.

Məsələ ilə bağlı Başkiriya Səhiyyə idarəsi faktı araşdırsa da, rəsmi yazılı sənəd aşkar olunmayıb. Həkimlər xəstəni qeydə almayıblar. Bütün xəstəxanalara belə müraciət edən xəstələri izolə edib, lazımi müayinələri aparmaq üçün həkimlərə təlimat verilib, heç kim bundan imtina edə bilməz.


Etiketlər:  Həkimlər koronaviruslu xəstəni görüb qaçdılar Kuryoz olay


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ