Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmişlidə işəgötürənlər əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı məlumatlandırılıb

İmişlidə işəgötürənlər əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı məlumatlandırılıb

Tarix: 20 Aprel 2019 15:52

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İmişli rayonunda İmişli, Sabirabad, Saatlı, Beyləqan, Füzuli rayonlarının işəgötürənləri üçün “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, tədbirdə həmkarlar təşkilatlarının, ƏƏSMN-nin yerli bölmələrinin məsul şəxsləri, Vergilər Nazirliyinin nümayəndəsi də iştirak ediblər.

Əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin məzmunu və quruluşu, forması, bu müqavilənin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar və s. barədə işəgötürənlərə ətraflı məlumat verilib. Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları da diqqətə çatdırılıb.

Qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də məlumat verilib.

Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İmişlidə işəgötürənlər əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı məlumatlandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ